EN

Bakıda tarixi hamamdan qanunsuz istifadənin qarşısı alındı

Bakı şəhərində yerləşən tarix-mədəniyyət abidələrinə keçirilən baxış zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi, 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 3574) hamamın qanunsuz istifadə edildiyi müəyyən olunub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi aşkar edilib.

Qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib.

Aşkar edilib ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı 01.01.2021-ci il tarixli, 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, müqaviləyə 07.06.2023-cü il tarixindən xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə halları davam etdirilib.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

Chosen
13
22
kulis.az

10Sources