EN

Paşinyanın Kanadada 17 milyon dollarlıq malikanəsi ortaya çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyan gizli şəkildə Kanadada 17 milyon dollara dəbdəbəli malikanə alıb.

Ulusal.az  xəbər verir ki, bu barədə “Times of Canada” nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, Fransız şatosu üslubunda tikilmiş “Sent-Corc” malikanəsi Toronto şəhərinin mərkəzindən cəmi 35 dəqiqəlik məsafədə yerləşir.

Dövlət mülkiyyəti ilə bağlı sənədlərə istinad edən qəzet bildirir ki, malikanə 2024-cü ilin sonunda 17,1 milyon dollara satılıb. Əvvəlcə bu, Kanadadakı elit daşınmaz əmlak bazarında sıradan bir satış kimi görünür. Lakin aparılan aylıq araşdırmalar göstərib ki, alıcı əslində saxta şirkət olub və bu, birbaşa Ermənistan baş naziri Nikol Paşinyanı gizlətmək üçün istifadə edilib.

Malikanə 2600 kvadrat metr sahəyə malikdir. Villada altı yataq otağı, on vanna otağı, qapalı hovuz, evdə idman zalı və beş qaraj var. Hətta bu malikanə “The Boys” serialının üçüncü mövsümündə çəkiliş yeri kimi istifadə olunub. Satış 2024-cü ilin sentyabrında baş verib və Paşinyan ilə Kanadanın baş naziri Castin Trüdonun Parisdə görüşündən bir həftə əvvəl həyata keçirilib.

Alqı-satqı sənədlərinə görə, əsas vasitəçi erməni diasporunun tanınmış siması Arsine Xançyan olub. Xançyan erməni əsilli kanadalı aktrisa və vətəndaş hüquqları müdafiəçisidir. Onun ailəsi 1915-ci ildə Osmanlı imperiyasından qaçaraq Kanadada məskunlaşıb. 2018-ci ildə baş verən “Məxməri inqilab” zamanı o, Paşinyanın tərəfdarı kimi fəal iştirak edib və Paşinyan hakimiyyətə gələndən sonra həm Xançyan, həm də onun əri erməni vətəndaşlığı alıblar.

Kanada nəşri bildirir ki, bu gün Xançyan Paşinyanın etibarlı adamı hesab olunur. Mənbələr onun Paşinyan üçün vasitəçi rolunu təsdiqləyir. O, anonim alıcının adından satıcı agentləri ilə əlaqəni təmin edib və sənədlərin birbaşa İrəvana getməsinin qarşısını alıb.

Qeyd olunur ki, Paşinyan müxalifət lideri kimi əvvəlki rejimin korrupsioner və oliqarx əməllərinə qarşı çıxış edib. Onun siyasi imici yeni, dürüst və xalq yönümlü Ermənistan vədini əks etdirirdi. Nəşr sual edir ki, belə bahalı malikanənin alınmasına xərclənən 17,1 milyon dollar haradan gəlib və Paşinyanın rəsmi səfər etmədiyi Kanadada bu sərvəti necə əldə etdiyi hələ də açıq qalır.Musavat.com

Chosen
9
1
moderator.az

2Sources