EN

Qırğızıstan Prezidenti Bişkekdə TDT-nin dini liderləri ilə görüşüb

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvlərini qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev "X"də paylaşım edib.

 

"TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvləri ilə birlikdə Prezident Sadır Japarov tərəfindən qəbul edilmək mənim üçün şərəf oldu. Biz sülh, ədalət və qardaşlıq kimi ümumbəşəri islam dəyərlərini qorumaqla yanaşı, Türk dövlətləri arasında birliyə və həmrəyliyə sadiqliyimizi bir daha təsdiqlədik",-deyə o vurğulayıb.


Chosen
16
1
senzor.az

2Sources