EN

ABŞ Konqresi Ukraynaya hərbi yardımı təsdiqlədi

ABŞ Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün təxminən 900 milyard dollar məbləğində hərbi xərcləri təsdiqləyib ki, bu da Kiyevə 400 milyon dollar yardımın ayrılmasını nəzərdə tutur.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

“Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı Respublikaçıların etiraz dalğasına baxmayaraq, müdafiə siyasəti haqqında qanun layihəsi Pentaqonun Ukraynaya təhlükəsizlik yardımı göstərmək təşəbbüsü üçün Pentaqona 400 milyon dollar ayırır”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Respublikaçılar Nümayəndələr Palatasının üzvü Marcor Teylor Qrinin Ukraynaya ayrılan maliyyəni azaltmaq təklifi rədd edilib. Həm Respublikaçılar, həm də Demokratlar buna qarşı çıxıblar.

Chosen
21
publika.az

1Sources