Ukrayna Azərbaycan qazının Rumıniya vasitəsilə qəbulunu dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Starna.ua" nəşri məlumat yayıb.
Qaz nəqlinin dayandırılmasına səbəb kimi Moldova və Rumıniya ilə sərhəddə infrastrukturun zədələnməsi göstərilir.
Bildirilir ki, sentyabrın ilk ongünlüyündə ölkəyə 236 milyon kubmetr qaz daxil olub, lakin həcmləri Macarıstan, Slovakiya və Polşa təmin edib.