EN

Nazirdən rus bölmələri ilə bağlı mühüm AÇIQLAMA

“Respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin bəzilərində rus bölmələri fəaliyyət göstərir və onların tam bağlanması ilə bağlı məsələ heç vaxt gündəmdə olmayıb”.

Bu fikirləri Elm və Təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşlarının rus dilini öyrənməsi normal bir haldır:

“Azərbaycan dili dövlət dili olmaqla yanaşı, digər dillərin də öyrənilməsinə şərait yaradılır. Buna görə də rus bölmələrinin bağlanması ilə bağlı inzibati qərar nəzərdə tutulmur”.

Emin Əmrullayev əlavə edib ki, bəzi hallarda müəllim çatışmazlığı və ya şagirdlərin kifayət qədər müraciət etməməsi səbəbindən ayrı-ayrı siniflərin sayında azalma ola bilər:

“Ötən illərdə də belə hallar olub – müəllim çatışmazlığı səbəbindən bəzi məktəblərdə siniflərin açılmaması və ya ixtisarı baş verib. Bu, təbii prosesdir və yalnız real vəziyyətdən irəli gəlir. Amma prinsip etibarilə rus bölmələrinin bağlanması ilə bağlı hər hansı qərar gündəlikdə deyil”./Metbuat.az/

Chosen
12
7
editor.az

8Sources