EN

Bu şəxslərin işdən çıxarılması qadağan olunur – MÜHÜM YENİLİK

Son vaxtlar bəyan edilən iş vakansiyaları əsasən 25-35 yaşlı kadrlar üçün nəzərdə tutulur. Bu səbəbdən yuxarı yaşda olan vətəndaşların işlə təminatında ciddi problem yaranır. Daha bir problemsə pensiya yaşına az qalmış vətəndaşların işdən çıxarılmasıdır.

Çünki bu insanların iş tapması çox çətin olur.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Vüqar Bayramov deyir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin son iclasında təqdim etdiyi təkliflərdən biri də məhz pensiya yaşına az qalmış vətəndaşlarımızın işdən azad olunmasının qadağan edilməsiylə bağlı idi:

“Biz təklif etdik ki, “Əmək Məcəlləsi”nə bu istiqamətdə müvafiq dəyişikliklər edilsin. Bu pensiya yaşına az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması və onların işə davam etməsi üçün vacibdir. Apardığımız müşahidələr göstərir ki, bir sıra hallarda vətəndaşımız pensiya yaşına 1-2 il qalmış işdən azad olunur. Daha sonra həmin vətəndaşın işlə təmin olunmasında problem yaranır.

Bu vəziyyətdə isə vətəndaşın pensiya yaşı tamam olmadığı üçün pensiya da ala bilmir. Bu da sosial baxımdan həmin vətəndaşımız üçün çətinliklər deməkdir. Ona görə də biz “Əmək Məcəlləsi”ndə uyğun düzəlişin olmasını təklif edirik. Nəzərə alaq ki, təkliflərimizdən sonra bu istiqamətdə qanunun hazırlanması razılaşdırıldı. Hazır olduqdan sonra layihə müvafiq dövlət qurumlarına təqdim olunacaq. Bu istiqamətdə müvafiq qurumların da fikirləri öyrəniləcək”.

Müsahibimiz əlavə edib ki, bir sıra ölkələrdə və xüsusən də qardaş Türkiyədə uyğun praktika var:

“Qazaxıstanda da təqdir olunacaq praktika mövcuddur. Belə ki, bu ölkədə işəgötürən pensiya yaşına 2 il qalmış işçini yalnız 2 halda işdən çıxara bilər. Birincisi, həmin iş yeri ləğv olunanda, ikincisi isə - attestasiyadan keçməyəndə işçi iş yerini itirə bilər. Digər hallarda isə bu işçilər işdən çıxarıla bilməz.

Biz də anoloji praktikanın Azərbaycanda tətbiqini təklif edirik ki, pensiya yaşına az qalmış vətəndaşlarımız iş yerini itirməsin. Bu təklifimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən dəstəklənib. Tezliklə bununla bağlı müvafiq qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması gözlənilir. Bu da pensiya yaşına az qalmış vətəndaşlarımızın hüquqlarının qorunmasında mühüm addım olacaq”.

Surxay Atakişiyev, Bizim.Media 

Chosen
4
1
bizim.media

2Sources