EN

Aleksey İsayev "Qarabağ"dan ayrıldı - Yeni klubu bəllidir

Ajans.az Apasport.az-a istinadən xəbər verir ki, klub Aleksey İsayevlə yollarını ayırıb. Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək. O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.

Chosen
12
22
Ajans.az

10Sources