EN

Formula 1: Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq  

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Azərbaycan Qran-prisində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.

Beləliklə, sentyabrın 15–17-də səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, sentyabrın 18-də isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

- Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

- M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

- S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

- Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

- Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

- Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

- İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

- Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.

Chosen
8
28
azerbaijan-news.az

10Sources