EN

Mikelancelonun freskalarına qarşı vandalizm aktı

Roma şəhərində evsiz bir qadın katolik bazilikasında vandalizm aktı törədib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki,60 yaşlı qadın Santa-Mariya-delli-Andjeli-e-dei-Martiri kilsəsinə daxil olub,çantasındançirkab və zibil çıxararaqməşhur italyan heykəltəraş, Yüksək İntibah dövrü rəssamı Mikelancelo Buonarrotiyə aid freskaların üzərinəatıb.

Freskalar zərər görməyib, çünki qoruyucu örtük onları çirklənmədən qoruyub.

Qeyd edək ki,müqəddəs və dini məkanlara hörmətsizlikdə ittiham olunan qadın polis tərəfindən müəyyənləşdirilib.

Chosen
26
kulis.az

1Sources