EN

Payızda səyahət üçün 10 möhtəşəm məkan

Payız Avropada səyahət üçün ən ideal fəsillərdən biridir. Yayın isti və izdihamlı günləri geridə qalır, şəhərlər daha sakit, təbiət isə qızılı rənglərə bürünür. Bu mövsümdə həm sərfəli qiymətlərlə səyahət imkanı yaranır, həm də festivallar, mədəni tədbirlər və təbiətin valehedici mənzərələri ilə unudulmaz anlar yaşamaq mümkündür.

1. Cənubi Almaniya

Münhenin məşhur Oktoberfest-i ilə başlayan Cənubi Almaniya payızda festival cənnətinə çevrilir. Burada dünyanın ən böyük şərab festivalı Dürkheimer Wurstmarkt, eləcə də Ludwigsburg Balqabaq Festivalı keçirilir. Dağlardan enən bəzədilmiş inəklərin müşayiət olunduğu Almabtrieb yürüşləri isə əsl "Cowchella" təəssüratı yaradır.

2. Şimali İtaliya

Dolomit dağlarında payız rəngləri heyranedici mənzərə yaradır. Emilia Romagna bölgəsi isə dadlı festivalları ilə məşhurdur: Ağ Trüf Yarmarkası (Sant Agata Feltria), Üzüm və Lambrusco Festivalı (Modena) və Donuz Əti Şöleni (Brisighella). Bolonya isə hər bir foodie üçün unudulmaz dayanacaqdır.

3. Cənubi İspaniya

Payızda sərinləyən Andalusiya bölgəsi musiqi, rəqs və mətbəxin mərkəzinə çevrilir. Sierra de Aracena-da dünyaca məşhur Jamón ibérico festivalı keçirilir. Bundan əlavə, bölgədə müxtəlif yemək yarmarkaları və möhtəşəm Flamenko Bienali baş tutur.

4. İsveçrə

Payızda İsveçrə dağlarının yaşıl təbiəti qızılı rənglərə bürünür. Lugano Payız Festivalı, Ticino Şabalıd Festivalı və Bern Soğan Yarmarkası ölkəyə xüsusi rəng qatır. Dağlardan qayıdan inəklərin müşayiət olunduğu Alpabzug mərasimləri isə ənənələrin gözəl nümunəsidir.

5. Kopenhagen, Danimarka

Şəhərdə payız Hygge fəlsəfəsini tam hiss etdirir. Golden Days Festivalı mədəniyyət və tarixi yaşadır, Tivoli bağı isə möhtəşəm Halloween dekorasiyaları ilə ziyarətçiləri cəlb edir. Kopenhagenin kafe mədəniyyəti isə soyuq havada isti bir sığınacaqdır.

6. Yunanıstan

Turist izdihamının azaldığı payızda Yunanıstan səyahət üçün ideal seçimdir. Aten və Peloponnes bölgələri həm tarixi, həm də festival zənginliyi ilə seçilir. Payız məhsul bayramları – şabalıd, fıstıq, üzüm və feta şənlikləri – ölkənin hər yanında keçirilir.

7. London, İngiltərə

Payızda London izdihamdan uzaq, romantik ab-hava ilə qarşılayır. BFI London Film Festivalı, Bonfire Night və Lord Mayor’s Show kimi tədbirlər şəhərin cazibəsini artırır. Hyde Park və digər kral parklarında payız yarpaqları isə ayrıca görməli mənzərədir.

8. Praqa, Çexiya

Qızılı payız rəngləri ilə bəzənən Praqa həm festivalları, həm də tarixi cazibəsi ilə seçilir. Signal Festivalı şəhəri işıqla doldurur, Prague Sounds isə musiqisevərləri cəlb edir. Qorxulu mövsüm üçün isə Sedlec Sümük Kilsəsi ideal məkandır.

9. Edinburq, Şotlandiya

Qasırğalı hava və mistik küçələri ilə Edinburq payız üçün əsl romantik şəhərdir. Beynəlxalq Nağıl Festivalı və müxtəlif ghost tour turları şəhəri daha da maraqlı edir. Şotlandiyanın ən "spooky" şəhəri Halloween üçün ideal seçimdir.

10. İrlandiya

İrlandiya payızda həm festivalları, həm də təbiəti ilə seçilir. Derry Halloween Festivalı Avropanın ən böyüyü sayılır. Púca Festivalı, Bram Stoker Festivalı və Cork Caz Festivalı isə ziyarətçilərə zəngin mədəni təcrübə təqdim edir.(valyuta.az)

Chosen
33
3
olke.az

4Sources