EN

“Burada nə baş verir?”—Trampın videosunun süni intellektlə yaradıldığını iddia edirlər

Ajans.az xəbər verir ki, X-də (əvvəlki Twitter) yayımlanan şərhlərdə istifadəçilər görüntülərin qeyri-təbii görünməsinə diqqət çəkiblər. @MattBinder adlı istifadəçi yazıb: “Onun bədəni və əlləri bütün video boyunca çətinliklə hərəkət edir. Həm də... bu qəribə nasazlığı necə qaçırıblar? Burada nə baş verir?” Videonun yayımlanmasından dərhal sonra AI mövzusuna həsr olunmuş WhatsApp qruplarında da müzakirələr başlayıb. Bəzi istifadəçilər görüntülərin tamamilə süni intellekt tərəfindən yaradıldığını iddia edib, digərləri isə videonun əsl görüntülər əsasında morf və ya dərin montaj texnologiyası ilə dəyişdirilmiş ola biləcəyini deyiblər. Məsələ ilə bağlı daha bir X istifadəçisi bu sözləri paylaşıb: “Trampın videosu ən azı qismən süni intellektə aid idi. Çarli Kirk vurulandan sonra onu kimsə görübmü? Şübhəli hələ də azadlıqdadır. Bu nə qədər dərinə gedir?” Hazırda videonun texniki detalları və mümkün manipulyasiya halları ilə bağlı rəsmi açıqlama verilməyib. Ekspertlər, xüsusilə süni intellektlə yaradılan məzmunun artdığı bir dövrdə, belə hallarda videoların mənbə və keyfiyyət analizinin vacib olduğunu bildirirlər. Qeyd edək ki, Çarli Kirkə qarşı sui-qəsd cəhdi ilə bağlı araşdırma davam edir, şübhəli şəxs isə hələ saxlanılmayıb.  

 

Chosen
4
Ajans.az

1Sources