"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
Gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.
Qeyd edək ki, vinger Fransanın U-19 millisinin də üzvü olub. Aaron Maluda Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun sabiq üzvü, tanınmış futbolçu Floran Maludanın oğludur.