EN

TDT Ağsaqqallar Şurasında Şimali Kipri yazıçı Oktay Öksüzoğlu təmsil edəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 11 sentyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasında yazıçı-şair Oktay Öksüzoğlu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, cümə axşamı, sentyabrın 11-də ŞKTC Prezidenti Ersin Tatar yazıçını qəbul edib.

Türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən Şimali Kipr lideri respublikanın TDT strukturunda yeni təmsilçisinə uğurlar arzulayıb, uzun illər ŞKTC İnformasiya Departamentində rəhbər vəzifələrdə çalışmış O.Öksüzoğlunun xidmətlərini qeyd edib.

Şimali Kiprin TDT Ağsaqqallar Şurasındakı nümayəndəsi, öz növbəsində, Lefkoşanın maraqlarının təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
azertag.az

2Sources