EN

“Vaşinqton razılaşmaları prinsipial mövqeyin nəticəsidir” - Rəşad Mahmudov

Yazını böyüt
Yazını kiçilt

“Bu gün dünyanın xəstəlik dərəcəsinə çatmış siyasi qarşıdurmaları fonunda Azərbaycan öz sağlam mövqeyi, qətiyyətli iradəsi və müdrik liderliyi ilə yeni bir yol açır”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Onun fikrincə, xəstə orqanizm necə vaxtında düzgün müalicəyə ehtiyac duyur, beynəlxalq münasibətlər sistemi də vaxtında doğru qərarlar verilməklə sağaldıla bilər:

“Azərbaycan uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan, ədalətə söykənən mövqedən çıxış edib. Biz hər zaman bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olmuşuq. Amma eyni zamanda, xalqımız heç vaxt öz milli maraqlarından və suveren hüquqlarından geri çəkilməyib. Vaşinqton razılaşmaları bu prinsipial mövqeyin nəticəsidir. Bu sənəd göstərdi ki, əgər dövlət qətiyyətli və prinsipial siyasət yürüdürsə, diplomatiya milli maraqlara əsaslanırsa, haqq səsi gec-tez beynəlxalq müstəvidə eşidilir”.

R.Mahmudov bildirir ki, son illərin bütün nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və müdrik liderliyi dayanır. O, təkcə hərbi meydanda deyil, diplomatik masada da Azərbaycanın qələbəsini təmin etdi:

“Bu gün Vaşinqton razılaşmaları həm də dövlət başçımızın qətiyyətli iradəsinin, onun sülh diplomatiyasına sadiqliyinin təntənəsidir. Əslində, dövlət başçısının yeritdiyi siyasətin və tarixi xidmətin uğurlu nəticəsi rəhbərin intellekti, enerjisi, iradəsi, idarəetmə bacarığının səviyyəsindən asılıdır. Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni bir siyasi reallıq formalaşdırır. Bu reallıq artıq gərginlikdən deyil, əməkdaşlıqdan bəhs edir. Bölgədə uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimad üçün yeni pəncərə açılır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət və mədəni əməkdaşlıq imkanları artıq daha geniş miqyasda aktuallaşır. Bu, təkcə ölkəmiz üçün deyil, bütün region xalqları üçün sabit rifah deməkdir”.

Deputat bildirib ki, qanunvericilik təşəbbüsləri ilə qəbul edləcək qərarlarla bu razılaşmaların reallığa çevrilməsi üçün siyasi-hüquqi zəmin yaratmalıyıq:

“Azərbaycan dünyaya bir daha nümayiş etdirdi ki, güc yalnız silahla deyil, diplomatiya ilə də qazanılır. Vaşinqton razılaşmaları bizim üçün təkcə bir siyasi sənəd deyil – bu, xalqımızın birliyi, dövlətimizin qətiyyətinin nəticəsidir”.

Chosen
7
1
hafta.az

2Sources