EN

Naxçıvanda ixracın həcmi 24 %-dən çox artıb

2025-ci ilin  yanvar-avqustunda Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dolları təşkil edib. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada xarici ticarət dövriyyəsi 8,7 % azalıb.

Bu müddət ərzində ticarət dövriyyəsinin 9 milyon 72 min 880 ABŞ dollarını və ya 11,4 %-ini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 ABŞ dollarını və ya 88,6 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikada idxal 11,7 % azalıb, ixrac isə 24,5 % artıb.

Eyni zamanda, bu ilin yanvar-avqustunda Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 136 milyon 560 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 % çoxdur.

Chosen
21
1
anews.az

2Sources