EN

Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüş keçirib...

APA xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

"Sizi Belarusda salamlayıram. Belarusu ziyarət etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik", - Belarus dövlət başçısı görüşün əvvəlində deyib.
O, bir sıra məsələləri, o cümlədən kompleks şəkildə Belarus-ABŞ münasibətlərini müzakirə etməyi təklif edib: "Mən həmçinin ABŞ və Belarusun maraqları kontekstində dünyadakı vəziyyətə toxunmağı təklif edirəm. İstəsək də müharibə və sülh məsələlərindən heç yerə qaça bilməyəcəyik".

Lukaşenko iqtisadiyyat sahəsini də ən vacib məsələ adlandırıb: "Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya maraqlarınız var. Təbii ki, iqtisadiyyat baxımından qlobal ölkənizə böyük marağımız var".

Poliqon.info

Chosen
21
4
poliqon.info

5Sources