EN

ABŞ konqresmeni Gürcüstan hökumətini avtoritar idarəçilikdə ittiham edib

Helsinkidə keçirilən dinləmələrdə ABŞ Konqresinin üzvü Co Uilson Gürcüstanın hazırkı hakimiyyətini sərt tənqid edib.

News365.az xəbər verir ki, konqresmen “Gürcü Arzusu” partiyasının seçkiləri saxtalaşdırmaqla hakimiyyətə gəldiyini və ölkəni avtoritar idarəçiliyə doğru apardığını bildirib. Onun sözlərinə görə, müxalifət liderlərinin həbs edilməsi, dinc etirazlara zorakılıq tətbiqi və müstəqil medianın susdurulması hökumətin legitimliyinə ciddi zərbə vurub.

Co Uilson əlavə edib ki, hakim partiyanın Çin Kommunist Partiyası ilə əməkdaşlığı Gürcüstanın iqtisadiyyatını Pekinin təsirinə açıb, Qara dəniz limanının idarəsi isə ABŞ şirkətlərini strateji marşrutlardan kənarlaşdırıb.

Konqresmen həmçinin qeyd edib ki, Gürcüstan hökuməti Rusiya ilə yaxın əlaqələr saxlayır, Moskvaya sanksiyalardan yayınmaq və neft ticarətində yardım göstərir, halbuki Rusiya hələ də ölkənin 20 faiz ərazisini işğal altında saxlayır.

News365.az 

Chosen
35
news365.az

1Sources