EN

Qəbələdə ölümlə nəticələnən ağır qəzada yaralananın son vəziyyəti açıqlandı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 11-i, saat 06:30-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1989-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin travması, göz qapağının açıq yarası, döş qəfəsinin və qabırğaların çoxsaylı sınığı, hemopnevmotoraks diaqnozları təyin olunub.

Müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.

10:39

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 6 radələrində qeydə alınıb. Rayon sakini, 36 yaşlı Elşən Səmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 36 yaşlı İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

08:52

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Elşən Əli oğlu Səmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
cebheinfo.az

2Sources