Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat xüsusi qüvvələrlə Baş Kəşfiyyat Xidmətinin əməkdaşlığı nəticəsində həyata keçirilib. Paytaxt Dəməşqin kənarında yerləşən qərargahda hizbullahçıların aktiv fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
"İlkin araşdırmalar göstərir ki, burada məskunlaşmış yaraqlılar Livandakı hərbi düşərgələrdə təlim keçiblər. Onlar Suriya ərazisində milli təhlükəsizlik və sabitliyi təhlükə altına atan əməliyyatlar keçirməyi planlaşdırıblar",– məlumatda vurğulanıb.
Əməliyyat əsnasında "Qrad" tipli raketlər, buraxılış qurğuları, tank əleyhinə raketlər və digər silah-sursat aşkarlanaraq ələ keçirib.
Hazırda işin məhkəməyə göndərildiyi bildirilir.
Firudin Həmidli
AzVision.az