EN

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək

BAKI, 11 sentyabr. TELEQRAF

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
4-8 dekabr tarixlərində təşkil olunacaq rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə çempionatları İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq. Çempionatdakişilər arasındaFİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olanşahmatçılar iştirak edə bilər.
Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.
Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər
Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Chosen
35
14
teleqraf.com

10Sources