ain.az, Sportal.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "laczynaspilka.pl" saytına danışan 25 yaşlı qolkiper Azərbaycanda haqda təəssüratlarını bölüşüb, klub barədə məlumatlar verib.
- Tezliklə Çempionlar Liqasında oynayacağınız ağlınıza gəlirdi?
- Bir az şokdayam, amma çoxdan bilirəm ki, futbolda heç nəyi istisna etmək olmaz. İşlər çox tez dəyişir. 2022-ci ilin aprelində mən "Radomyak"la Ekstraklasada debüt etdim. Həmin matçda "Krakoviya"ya 0:1 hesabı ilə uduzduq. Matçın təfərrüatlarını indi xatırlamasam da, çox məyus oldmuşum. İki il sonra “Qarabağ”ın heyətində Avropa Liqasında oynayırdım. Londonda 50 mindən çox tamaşaçı kütləsi qarşısında “Tottenhem”lə qarşılaşdıq. Həmin yarışda sıçrayış etmədik, amma "Tottenhem", "Lion", "Ayaks" və "Olimpiakos" kimi rəqiblərlə matçlarda qazandığımız təcrübə öz bəhrəsini verdi və şübhəsiz ki, Çempionlar Liqasının təsnifat mərhələlərində bizə kömək etdi. Pley-off "Ferentsvaroş"a qarşı oyunlar asan olmadı. Baxmayaraq ki, Budapeştdə 3:1 hesabı ilə qalib gəldik. Cavab oyununda Macarıstan çempionu 3:2 hesabı ilə qalib gəlsə də, məqsədimizə nail olduq.
- Polşalı futbolçu üçün Azərbaycan klubunun vasitəsilə Çempionlar Liqasına düşmək Ekstraklasa vasitəsilə düşməkdən daha asandır?
- “Stal”da çıxış edəndə Polşanın digər klublarından mənə təklif yox idi, sadəcə “Qarabağ”dan var idi. Bu komanda ilə Azərbaycanda ən yüksək hədəflər uğrunda mübarizə aparıram və Avropa yarışlarında iştirak edirəm ki, bu da mənim atletik inkişafıma zəmanət verir. Dörd Polşa komandasının UEFA Konfrans Liqasına vəsiqə qazanmasına çox şadam. Lakin Çempionlar Liqası iki pillə yüksəkdir. İnanıram ki, tezliklə Polşanın yenidən orada təmsilçisi olacaq. Amma indi "Qarabağ"la bağlı öz hekayəmi yazıram. Bu elit yarışın liqa mərhələsindəki rəqiblərimizin siyahısını görmək məni həyəcanlandırır. Lissabonda "Benfika", sonra "Kopenhagen", "Atletik", "Çelsi", "Napoli", "Ayaks", "Ayntraxt" və "Liverpul" ilə qarşılaşacağıq. Bu gözəl bir şeydir və ən çətin anlarda təslim olmamağın mükafatıdır.
- “Qarabağ”ın uğurunun sirri nədədir?
- Bu, əlbəttə ki, uzun illər “Qarabağ”da olan baş məşqçi Qurban Qurbanovla bağlıdır. O, hücum futboluna, pressinqə və yaradıcılığa diqqət yetirir. Rəqibin səviyyəsindən asılı olmayaraq, həmişə hücuma keçməyə çalışırıq. Eşitmişəm ki, bizə Azərbaycanın "Barselona"sı deyirlər. Amma biz "Qarabağ"ıq. Oyunçular müxtəlif ölkələrdən olsalar da, paltardəyişmə otağında əla atmosfer var. Komanda yoldaşlarımla ingilis dilində ünsiyyət qururam və rus dilində də bir neçə söz götürürəm. Ən əsası odur ki, biz futbolun dilini paylaşırıq. Mən heç bir təzyiq hiss etmirəm. Azarkeşlər bilirlər ki, biz bunun üçün əlimizdən gələni edirik. Keçən mövsüm onlar məyus oldular, biz özümüz də Avropa Liqasında çıxışımıza görə məyus olduq. Amma ölkə çempionatında qalib gəlməklə və Çempionlar Liqasına vəsiqə qazanmaqla bunun əvəzini çıxdıq. Bu, azərbaycanlılara böyük sevinc gətirdi. "Qarabağ"ın uğuru sayəsində yerli sakinlər milli komandalarının irəli gedəcəyinə inana bilər. Əlbəttə ki, keyfiyyətli oyunçuları var. Mənim yeddi komanda yoldaşımı sentyabrda İslandiya və Ukrayna ilə keçiriləcək oyunlara Polşada kifayət qədər tanınan məşqçi Fernando Santos çağırıb. “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu əcnəbi klubları azərbaycanlı futbolçuları transfer etməyə həvəsləndirməlidir. Şübhəsiz ki, çoxları güclü liqaların öhdəsindən gələ bilər.
- Sentyabrda Polşa millisinə çağırılacağına ümid edirdiniz?
- Artur Boruç, Voyçex Şensnıy və Lukas Fabiański o vaxtlar top klubların rənglərini qoruyarkən buna arxalana bilərdilər. Fikrimdə milli komanda var idi, amma qapıda inanılmaz rəqabət var. İyun ayında çağırıldım, amma indi mənim adım siyahıda yoxdur. Ümidlərimdən, arzularımdan əl çəkməmişəm. Daim çox çalışıram və əldə etdiyim nailiyyətlərlə kifayətlənmək fikrində deyiləm.
- Azərbaycanda həyat sizin üçün necədir?
- Mən əvvəllər Bakının mərkəzində yaşayırdım, sonra kənarda daha geniş bir yerə köçdüm. Bu, şübhəsiz ki, daha rahatdır. Hələlik mən təkəm, sevgilimlə itimizin həmişəlik gəlişini gözləyirəm. Əla şəraitim var, ona görə də diqqətimi futbola yönəldə bilirəm. Buranın mətbəxini sevirəm. Çoxlu türk elementləri var və Polşa mətbəxi ilə oxşarlıqlar da var. Bakıda yollarda sıxlıq ola bilər.Bəzən klubun bazasına çatmaq adamı əsəbiləşdirir. Çünki burada sürücülər aqressivdir. Eşitmişəm ki, mübahisəli məsələləri müxtəlif yollarla həll edirlər. Xoşbəxtlikdən bunu yaşamamışam.
- Azərbaycanı turistlərə tövsiyə edirsiniz?
- Əlbəttə, Bakı çox gözəl şəhərdir. Burada həqiqətən görmək üçün bir çox yer var. Ancaq Azərbaycanı hava sərin olanda ziyarət etməlisiniz. Yerli əhali paytaxtın Azərbaycanın vizit kartı olduğunu bildiyi üçün şəhəri təmiz saxlayır. Turistlərin qayğısına qalırlar. “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Bakıya çoxlu turist cəlb etməlidir. Xüsusən də ev sahibi kimi maraqlı rəqiblərimiz var.
- “Qarabağ” sənə xarici klubda oynamağa icazə verəcək?
- Bunu görəcəyik. Hər şey mümkündür. Nə vaxtsa İngiltərə Premyer Liqasında oynamaq əla olardı. Mənim Premyer Liqa komandalarına qarşı özümü sübut etmək üçün fantastik fürsətim olacaq. Bundan maksimum yararlanmaq üçün əlimdən gələni edəcəyəm. "Stal" tam bir mövsüm oynadıqdan sonra Çempionlar Liqasına yüksələn bir kluba qoşulmağım əladır.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.