Güclü yağışdan sonra Gədəbəyə dolu yağıb.
News24.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, bu gün günorta saatlarlnda güclü yağışdan sonra rayonun bir neçə kəndinə və rayon mərkəzinə dolu düşüb. Dolunun yağması təxminən 10 dəqiqə davam edib. Dolu rayonda ciddi fəsad törətməyib.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.