Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.Metbuat.az xəbər verir ki, bu barədə Baxtiyor Saidov "X" hesabında paylaşım edib. "Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə səmimi və məhsuldar telefon danışığı apardıq.Telefon danışığı zamanı Özbəkistan-Azərbaycan tərəfdaşlığının indiki vəziyyəti və perspektivləri, həmçinin regional və qlobal inkişaflar müzakirə olunub. Dinamik siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin irəlilədilməsi vurğulanıb.Hər iki tərəf tarixi bağlar və qarşılıqlı maraqlar əsasında strateji əlaqələrin və əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini təsdiqləyib",- paylaşımda deyilir.