EN

Gürcüstana partlayıcı maddə keçirən Ukrayna vətəndaşları saxlanıldı

TBİLİSİ, 11 sentyabr. TELEQRAF

Gürcüstana qaçaqmalçılıq yolu trotildən daha güclü partlayıcı maddə olan 2,4 kiloqram heksogeni keçirməyə cəhd edən iki nəfər Ukrayna vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən xüsusi brifinqdə bildirilib.

Saxlanılan şəxslər idarə etdikləri yük maşınları ilə Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə Gürcüstana daxil olublar.

Ukrayna vətəndaşlarından həmçinin 8 ədəd mobil telefon, külli miqdarda nağd pul, müxtəlif texnika və kokain müsadirə edilib.

Gürcüstanın son təyinat məntəqəsi olub-olmaması, ölkədə terror aktının hazırlanıb-hazırlanmadığı, Gürcüstandan tranzit ölkə kimi istifadə olunub-olunmamasını müəyyən etmək üçün istintaq tədbirləri davam etdiriləcək.

Chosen
13
teleqraf.com

1Sources