Üçüncü turdan etibarən rəqiblərini Quba Olimpiya Komplkesinin stadionunda qəbul edəcək "İmişli"nin oyun planı müəyyənləşib.
Klubun mətbuat xidmətinin sözçüsü Leyla Behbudlunun Fanat.Az-a verdiyi məlumata görə, şənbə günü "Sumqayıt"la Premyer Liqa matçına çıxacaq komanda Qubaya sabah səhər saatlarında yollanacaq.
Jorje Kaşkilyanın komandası bu gün səhər Bakıda son məşqinə çıxıb və beləliklə, oyunun hazırlıqlarını tamamlayıb.
Sentyabrın 13-də Quba Olimpiya Kompleksinin stadionunda keçiriləcək “İmişli” – “Sumqayıt” oyunu saat 16:30-da başlayacaq.
Mirağa