EN

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrailDövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətlisəfiri Ronen Krausz ilə görüşüb.

Səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edənspiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətindəuğurlar arzulayıb.

Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvisahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığıngenişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha dainkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbətmünasibətlərin göstəricilərindən biri kimi, insanlar arasındaəlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikulturalvə tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh,dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi dəyaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycanicması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız daölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafındaparlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker SahibəQafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprelayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq,parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin,dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzarsəfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuşrazılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir dahavurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrəöhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək,tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvarolduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələrşöbəsi

Chosen
52
29
az.trend.az

10Sources