EN

“Piter Doran: NATO Rusiyanın təxribatlarına cavab olaraq Ukraynanın qərbi üzərində uçuşsuz zona yaratmalıdır”

Sentyabrın 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması Qərbin müdafiə sistemlərini sınaqdan keçirmək cəhdi kimi qiymətləndirilir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-dakı Fəlsəfə və Demokratiyaların Müdafiəsi Fondunun aparıcı elmi əməkdaşı Piter Doran Radio Free Europe-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu addımla NATO-ya və ABŞ lideri Donald Trampa açıq çağırış edir və onlardan reaksiya gözləyir.

Doran hesab edir ki, Alyans üzvləri birgə mövqe nümayiş etdirməli, Moskvanın gələcək addımlarına qarşı sərt cavab veriləcəyini açıq şəkildə göstərməlidir. Analitik çıxış yolu kimi Ukraynanın qərb bölgəsi üzərində “uçuşsuz zona” yaradılmasını təklif edib.

//Samir Qurbanov, Editor.az

Chosen
9
editor.az

1Sources