EN

Neftçala icra başçısının daha bir səyyar görüşü Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xoltəzəkənd kəndinin sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təmin olunma, suvarma kanalında səviyyə qapısının quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
qafqazinfo.az

1Sources