EN

Peskov: Varşavanın bəyanatlarında yeni heç nə yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşada baş verən “dron insidenti” ilə bağlı Varşavanın bəyanatlarını şərh edib.

Editor.az xəbər verir ki, Peskovun sözlərinə görə, Polşa tərəfinin açıqlamalarında yeni məqam yoxdur və bu yanaşma Avropa paytaxtları üçün xarakterikdir.

“Varşavadan səslənən bəyanatlarda yeni heç nə yoxdur. Bu ritorika son vaxtlar demək olar ki, bütün Avropa paytaxtlarına məxsusdur.

Biz sadəcə onun davamını görürük”, – Kremlin nümayəndəsi vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
30
editor.az

1Sources