EN

IFC Azərbaycana su və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlıq layihələrinə dəstək verməyə hazırdır - Nikola Saporiti

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə suvə digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlıq (PPP)layihələrinə dəstək verməyə hazırdır.

Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş investisiyamütəxəssisi Nikola Saporiti Trend-ə açıqlamasında bildirib.

O, əvvəlcə təmsil etdiyi qurum haqqında qısa məlumat verib:"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun birhissəsidir:

"Qrup olaraq Dünya Bankının Azərbaycanla uzunmüddətli əməkdaşlıqtarixi var. Dünya Bankı əsasən dövlət sektoruna aid layihələrimaliyyələşdirir.

IFC isə özəl sektorun rəhbərlik etdiyi layihələr üzrə məsləhətverir və maliyyələşdirir. Hazırda biz "ACWA Power" şirkəti iləaparılan danışıqlarda Azərbaycanın iqtisadiyyat nazirliyinəməsləhətçi rolundayıq və bundan çox məmnunuq, çünki bu, çox kritikbir layihədir".

Hazırda Azərbaycanın iqtisadiyyat nazirliyi ilə kiçik birmüqavilələrinij olduğunu xatırladan IFC rəsmisi bildirib ki, bumüqavilə çərçivəsində IFC onlara suyun duzdan təmizlənməsilayihəsinin (desalination project) müqaviləsini strukturlaşdırmaqvə danışıqlar aparmaqda kömək edir:

"Suyun duzsuzlaşdırılması layihəsi üzrə pilot layihə artıqtamamlanma üzrədir. Bu layihə hazırda "ACWA Power" ilə müzakirə vəqiymətləndirmə mərhələsindədir.

Mən bu səbəbdən buradayam. Ümid edirəm ki, sabah yenidənnazirliklə görüşüb gələcəkdə hansı digər layihələrdə birgə işləyəbiləcəyimizi də müzakirə edəcəyik. Mən bilirəm ki, hökumət həmdövlət, həm də özəl vəsaitlər, eləcə də ictimai-özəl tərəfdaşlıqlarvasitəsilə tullantı suyun təmizlənməsi və bəlkə də, təkraristifadəsini genişləndirmək üçün çoxlu investisiya etməyiplanlaşdırır".

N. Saporiti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasılayihəsi üzrə işlərin mərhələli şəkildə necə davam etdiyiniaçıqlayıb:

"Keçmişdə dəniz suyunun duzsuzlaşdırılması üzrə bəzi həyatakeçirilmə ("feasibility") tədqiqatları aparılıb. Sonra hökuməttexniki baxımdan layihəni strukturlaşdırmaq üçün bəzi məsləhətçilərişə götürüb. Məsələn, zavodun ölçüsü necə olmalıdır, haradayerləşməlidir və kommersiya baxımından hökumət suya necə ödənişedəcək. Əgər inflyasiya baş verərsə nə olacaq? Əgər tələb daha azvə ya daha çox olarsa nə olacaq? Bu kimi məsələlər müqaviləstrukturu ilə bağlıdır. Sonra onlar hüquqşünaslar işə götürüblər vəmüqavilələr hazırlayıblar. Bu müqavilələr "ACWA Power" və hökumətarasındakı əlaqəni tənzimləyəcək.

Daha sonra onlar açıq tender keçirdilər, bir çox beynəlxalqşirkətə təklif vermək üçün dəvət göndərdilər. Şirkətlərtəkliflərini təqdim etdilər. Hökumət isə iki-üç ay ərzindətəklifləri müqayisə edib ən yaxşısını qiymətləndirdi. Ən yaxşıtəklifin burada əsas sponsor olan "ACWA Power"dan gəldiyi qəraraalındı.

Mart ayından indiyə qədər hökumət və "ACWA Power" bu vacibmüqaviləni səhifə-səhifə gözdən keçirirlər. Bu müqavilə hökumət iləbu özəl şirkət arasındakı münasibətləri, zavodun tikintisi vəəməliyyatı üzrə növbəti 25-30 il üçün tənzimləyəcək".

N.Saporiti bu istiqamətdə danışıqların davam etdiyinivurğulayıb: "Mənim bildiyimə görə, müqavilənin imzalanması üçünhələ ki, kiçik detallar qalır. Bu, gələn həftə və ya ondan sonrakıhəftə baş verə bilər. Yəni yaxın günlərdə Azərbaycanın səlahiyyətliqurumu ilə "ACWA Power" arasında dəniz suyunun duzsuzlaşdırılmasıüzrə müvafiq layihə ilə bağlı müqavilə imzalanacaq.

Sonra "ACWA Power" müqaviləni götürəcək və layihə üçün maliyyəaxtaracaq. Onlar ehtimal ki, bəzi Əlcəzair banklarına və bəlkə dəmənim kimi bəzi beynəlxalq maliyyə institutlarına müraciətedəcəklər. Layihəni ən sərfəli və ucuz şərtlərlə maliyyələşdirməkistəyirlər ki, suyu ən aşağı qiymətə satsınlar. Məncə, bu, təxminənaltı ay çəkə bilər".

IFC rəsmisi qeyd edib ki, onlar həmçinin Azərbaycan hökumətinəsu təsərrüfatı ilə yanaşı, eləcə də nəqliyyat, telekommunikasiya vəya hökumətin ehtiyacı olan digər infrastruktur sahələrindəictimai-özəl tərəfdaşlıq layihələrində dəstək göstərməyi ümidedir:

"IFC ümumiyyətlə, bütün inkişaf maliyyələşdirmə institutlarıkimi strategiyasında iqlim dəyişikliyi ilə mübarizəni ən prioritetməsələlərdən biri kimi müəyyən edir. Mənim həmkarlarım, investisiyatərəfini idarə edənlər layihələri maliyyələşdirir, kredit ayırırlarvə həmişə günəş, külək, hidroenerji, batareya layihələri kimi bərpaolunan enerji layihələrinə baxmaqdan məmnundurlar. Əminəm ki,həmkarlarım Azərbaycanda bu sahədə daha çox layihənimaliyyələşdirməkdən məmnund olardılar".

"Dünya Bankının iş prinsipi belədir: biz hökumətlər tərəfindənidarə olunuruq. Azərbaycan da Dünya Bankı Qrupunda müəyyən paysahibidir. Bir neçə ildən bir hökumətlərimizlə oturub əməkdaşlıqstrategiyasını birgə müəyyən edirik.

Azərbaycan üçün bu strategiya bərpa olunan enerji keçidinədəstək, infrastruktur sahələrinə çıxışın təmin edilməsi (logistika,nəqliyyat və s.) və iş yerlərinin yaradılmasını əhatə edir. İşyerlərinin yaradılması indi Dünya Bankının əsas mövzusudur", - deyəN.Saporiti əlavə edib.

Chosen
5
az.trend.az

1Sources