EN

Uber sürət qatarlarına keçid edir

Şirkət 2029-cu ildən Londonu Paris, Brüssellə birləşdirəcək...

Poliqon xəbər verir ki, taksi və nəqliyyat xidmətləri ilə tanınan Uber yeni və iddialı layihəyə start verir. Şirkət Britaniya startapı Gemini Trains ilə əməkdaşlıq edərək “Uber Trains” adlı sürət qatarlarını istifadəyə buraxacaq. Yeni marşrutlar 2029-cu ildən etibarən Londonu Paris, Brüssel və Lill şəhərləri ilə birbaşa əlaqələndirəcək.

Uber-in əsas hədəfi illərdir bölgədə sürət qatarlarının yeganə operatoru kimi fəaliyyət göstərən Eurostar-ın inhisarını qırmaqdır. Hazırda Eurostar-ın London–Paris istiqaməti üzrə gediş-dönüş biletlərinin qiyməti tez-tez 200 avronu ötür ki, bu da sərnişinlərin əsas narazılıq səbəblərindən biridir. Yeni layihə çərçivəsində Uber qiymətləri daha əlçatan etmək, həmçinin marşrutlar üzrə rəqabəti gücləndirmək niyyətindədir.

Biletlər birbaşa Uber mobil tətbiqi vasitəsilə satılacaq və şirkət gündə 10 reysədək həyata keçirməyi planlaşdırır. Bu, həm işgüzar səfərlərdə olanlar, həm də turistlər üçün daha geniş seçim imkanı yaradacaq.

Ekspertlərin fikrincə, Uber-in dəmir yolu bazarına daxil olması Avropa nəqliyyat sektorunda ciddi dəyişikliklərə yol aça bilər. Uzun illərdir qatar daşımalarında məhdud alternativlərə malik olan sərnişinlər, yeni rəqabət mühiti sayəsində daha münasib qiymətlər və rahat xidmətlər əldə edəcəklər.

Poliqon.info

Chosen
58
poliqon.info

1Sources