EN

"Ordu" braziliyalı oyunçu ilə anlaşdı

“Ordu” komandası heyətinə yeni voleybolçu qatıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

"Hərbçilər" 193 santimetr boya malik Uillian Rabeli transfer edib.

Braziliyalı oyunçu karyerası ərzində Macarıstan, Qətər və Kiprdə legioner həyatı yaşayıb.

O, Braziliya Superliqasının ən məşhur və köklü klublarından biri olan “Minas”ın yetirməsidir.

Chosen
4
2
fanat.az

5Sources