EN

Keçmiş döyüşçülər pulsuz psixotrop maddələrlə təmin olunacaq

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələri dərman vasitəsi kimi tibbdə istifadə edilən psixotrop maddələrlə təmin olunacaqlar.

Heftelik.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qaydasında edilən dəyişiklikdə əksini tapıb.

Dərman preparatları ilə təmin olunma dövlət tibb müəssisələrində” təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçiriləcək. Təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri dövlət tibb müəssisələrinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.

Dəyişikliyə əsasən, pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin pulsuz dərman resepti blankları ilə təmin olunmasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsinə dair müddəa isə ləğv olunub.

Chosen
11
3
heftelik.az

10Sources