EN

Latviya Rusiya və Belarus sərhədi üzərində hava məkanını bağlayacaq

Latviya hökuməti Rusiya və Belarus sərhədində hava məkanını tam bağlamaq qərarına gəlib.

Editor.az xəbər verir ki, bu barədə tele-radio stansiyası LSM məlumat yayıb.

Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Spruds bildirib ki, qərar 11 sentyabr tarixində, yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə eyni) qüvvəyə minəcək. Sərhəd üzərində bütün uçuşlar ən azı bir həftə müddətinə qadağan olunacaq.

//Samir Qurbanov, Editor.az

Chosen
21
editor.az

1Sources