EN

OPEC+ avqustda plandan 321 min barel az hasil edib

Neft hasilatının azaldılması ilə bağlı sazişdə iştirak edən OPEC+ ölkələri 2025-ci ilin avqust ayında hasilatı sutkada 530 min barel (bpd) artırsalar da, könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla, plandan 321 min barel az hasil ediblər.

Ucnoqta.az xəbər verir ki, bu, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında qeyd olunub.

Eyni zamanda, könüllü olaraq neft hasilatını azaldan səkkiz OPEC+ ölkəsi avqustda hədəflənmiş hasilat səviyyəsini sutkada 110 min barel üstələyib və hasilatı sutkada 552 min barel artırıb.

Chosen
18
ucnoqta.az

1Sources