EN

HƏMAS liderlərini 1 dəqiqə fərqlə Ərdoğan qurtarıbmış: SEPAH niyə qaşınır və şər atır... - SKANDAL

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Fələstin rəsmilərinə (HƏMAS liderlərinə) qarşı planlaşdırılan hücum barədə əvvəlcədən məlumat əldə edib və hadisə baş verməzdən cəmi bir neçə dəqiqə öncə Qətəri xəbərdar edib.

Musavat.com
xəbər verir ki, bu sayədə Qətər tərəfi sürətli reaksiya göstərərək HAMAS rəhbərlərini görüş yerindən çıxarıb təhlükəsiz məkana aparmağa nail olub. Buna baxmayaraq liderlərdən birinin oğlu və köməkçisi İsrail raketlərinin zərbəsi nəticəsində qətlə yetirilib.

Bu hadisə əslində Türkiyə kəşfiyyatının regionda nə qədər operativ və güclü işlədiyini göstərir. Lakin bu gün İranın “SEPAH”ı və rejimin mürtəce-mühafizəkar qanadının digər təmsilçiləri – istər jurnalist adı ilə çıxış edənlər, istərsə də rejimin təbliğatçı kanalları – bu xəbəri gözdən salmaq üçün hərəkətə keçiblər. Öz təbliğat kanallarında xəbərin yanına guya “PS” şərhləri əlavə edərək belə bir qənaət formalaşdırmağa çalışıblar ki, guya Ərdoğan bu addımı yalnız özünü güclü lider kimi göstərmək üçün atıb.

Halbuki reallıq tamamilə başqadır. Ərdoğan həqiqətən də bölgənin və bütün müsəlman dünyasının son onilliklərdə yetişdirdiyi ən böyük liderlərdən biridir. Onun addımlarını kiçiltmək cəhdləri – xüsusilə də SEPAH və molla rejiminin belə təbliğat kampaniyaları – heç vaxt nəticə verməyəcək.

Xatırladaq ki, cəmi 12 günlük İsrail hücumları zamanı İranın paytaxtı Tehran, İsfahan, Nətənz, Ərdəbil, Təbriz, Culfa və digər şəhərləri İsrail təyyarələrinin hədəfi olmuş, İranın hava müdafiə qüvvələrinin acizliyi bütün dünyanın gözü önündə biabırçı şəkildə üzə çıxmışdı. Məhz həmin günlərdə İranı beynəlxalq arenada müdafiə edən, arxasında dayanan ölkələr Türkiyə, Azərbaycan və Pakistan olmuşdu.

Bu gün isə həmin rejim – SEPAH və vəzifəli mollalar – öz xilaskarlarını gözdən salmaq üçün bütün imkanlarını səfərbər edir. Bu, həm ironik, həm də iyrənc bir mənzərədir: səni xilas edənlərə qarşı qarayaxma kampaniyası aparmaq.

Musavat.com

Chosen
32
2
musavat.com

3Sources