EN

Tiber çayının suyu çirklənmədən təmizlənəcək

Roma, 11 sentyabr, AZƏRTAC

Hazırda Tiber çayında suyun çirklənmə səviyyəsi insan sağlamlığı üçün təhlükə yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Roma şəhərinin meri Roberto Qualtieri deyib.

O vurğulayıb ki, çayın suyunun təmizlənməsi üçün institutlararası İşçi qrupu yaradılıb, bu qrup üçün lazımi investisiyalar ayrılacaq.

Roma meri deyib ki, mümkün xərclərlə bağlı qiymətləndirmələr aparılıb;”Bu, Parisdəkindən aşağı olacaq. Çünki Sena çayında yüksək səviyyədə çirklənmə var idi”.

Roberto Qualtieri diqqətə çatdırıb ki, həyata keçirilən işlər nəticəsində 5 ildən sonra Tiber çayında çimmək mümkün olacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Chosen
15
2
azertag.az

3Sources