Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistan və Azərbaycanın MDB-yə üzvlüyünə mümkün təhlükələr barədə xəbərləri şərh edərkən bildirib ki, bu cür şayiələrin heç bir əsası yoxdur.
"Unikal" xəbər verir ki, diplomat bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər normallaşma mərhələsindədir: "MDB-yə üzvlük könüllüdür. Mən "təhdid" sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək".
Ağarza Elçinoğlu