EN

"Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.
 
Moderator.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək
 
FIFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.
 
Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Chosen
26
16
moderator.az

10Sources