EN

Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında onlayn görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Kitabxanası və Mərakeş Milli Kitabxanasının birgə təşəbbüsü ilə sentyabrın 11-də onlayn görüş təşkil olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, əməkdaşlar Toğrul Kamilzadə və Fidan Bayramova, Mərakeş Milli Kitabxanasının əməkdaşlıq və maliyyələşdirmə üzrə şöbə müdiri Tilila Baida, həmçinin Mərakeşin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil ediləcək beynəlxalq tədbirlərdə qarşı tərəfin iştirakı və Azərbaycan Milli Kitabxanasında Mərakeş ədəbiyyatı guşəsinin açılışı, qarşılıqlı əməkdaşlığa dair mövcud memorandumun yenilənməsi məsələləri müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
azertag.az

1Sources