Bakı. Trend:
Dünyanın çirkab suların təmizlənməsi üzrə ixtisaslaşmış aparıcışirkətlərindən olan Almaniyanın “BIOWORKS” şirkəti hal-hazırdaAbşeron yarımadasının yaşılaşdırılması və suvarılması üçün sudantəkrar istifadə üzrə layihə hazırlayır.
Bunu Trend-ə“BIOWORKS” şirkətinin regional nümayəndəsi Yusif Məmmədli Bakıdakeçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində(“Baku Water Week” – “Bakı Su Həftəsi”) deyib
“Hal-hazırda biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilətexniki ehtiyaclar, o cümlədən suvarma üçün təmizlənmiş suyuntəkrar istifadəsini nəzərdə tutuan layihə üzrə əməkdaşlıq edirik.Əsas məqsədimiz Azərbaycanda təmizlənmiş suların yalnız Abşerondadeyil, ölkənin digər bölgələrində də ikinci dəfə istifadəsini təminetməkdir”, – o bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda artıq 3 layihəgerçəkləşdirib. Şamaxı və Şahbuzda “BIOWORKS”un tətbiq etdiyiinnovativ texnologiyalar əsasında uzunmüddətli aerasiya sistemləriqurulub. Naxçıvanda su təmizlənməsinin ən yüksək səviyyəsini təminedən membran bioreaktor sistemi (MBR) qurulub.
Qeyd edək ki, 2007-ci ildə Münhen şəhərində yaradılmış“BIOWORKS” şirkəti texniki və digər ehtiyacların qarşılanması üçünçirkab və sənaye sularının sonradan istifadə imkanı ilətəmizlənməsi ilə məşğul olur.