Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi vətəndaşlar arasında pulla bağlı sorğu keçirib.
AzPost bildirir ki, sorğuda iştrirak edən rusların demək olar ki, yarısı (49%) qazandıqları pulun onlara kifayət qədər çatdığını deyib.
2006-cı ildə aparılan sorğuya görə, kifayət qədər pulu olanların payı 18% olub. Sorğuda iştirak edənlərin təxminən üçdə biri (32%) qazandıqları pulun ehtiyacları üçün kifayət etmədiyini deyib.
18%-i isə ümumiyyətlə onlara pul çatmadığını bildirib.