EN

Sabirabadda “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş olunub

Sabirabad, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Nicat Əliyevin quruluş verdiyi tamaşa “ASAN xidmət”in gənc könüllülərinin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, klassik irsin gənc nəsil arasında təbliğinə xidmət edib.

Tamaşadan sonra çıxış edənlər bu kimi layihələrin teatr mədəniyyətinin inkişafına, maarifçi irsin tanıdılmasına və gənclərin mədəni həyatdakı fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Sonda ASAN könüllüləri Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad Regional “ASAN xidmət” mərkəzinin təşəkkürnamələri ilə təltif olunublar.

 

Chosen
8
1
azertag.az

2Sources