EN

Çin istehsalı olan ən keyfiyyətli avtomobillər AÇIQLANDI SİYAHI

ain.az, Lent az portalına istinadən məlumat verir.

Çin Avtomobil keyfiyyəti şəbəkəsi ən keyfiyyətli avtomobillərə malik 10 markanın reytinqini dərc edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, buraya avtomobilləri sahiblərindən ən az mənfi rəy alan markalar daxildir. Keyfiyyət göstəricisi cərimə xalları olub: onlar nə qədər az olsa, avtomobilin keyfiyyəti bir o qədər yaxşı olar.

Beləliklə, ekspertlər son nəticədə Voyah premium brendinin hibridlərini və elektromobillərini (153 xal) ən keyfiyyətli və ən problemsiz avtomobil kimi tanıyıblar. 

Keyfiyyət reytinqində ikinci yeri Dongfeng Honda birgə müəssisəsinin avtomobilləri tutub (156 xal). 

Volvo və GAC Hyptec yüksək keyfiyyətini əks etdirən müvafiq olaraq 157 və 158 xalla üçüncü və dördüncü yerlərdə qərarlaşıb.

Ən yüksək keyfiyyətə malik ilk 10 avtomobilə Wey (60 bal), GAC Trumpchi (161 bal), GAC Aion (162 bal), Jetta (163 bal), Changan Nevo (167 bal) və YangWang (170 bal) daxildir.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
lent.az

2Sources