Moldova millisinin baş məşqçisi Sergey Kleşenko istefa verib. Msport.az xəbər verir ki, Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzmuşdu.
Gələn həftə Moldova Futbol Federasiyasının Məşqçilər Komitəsinin iclası olacaq. Həmin toplantıda milli komandanın baş məşqçi məsələsinə də baxılacaq.
Qeyd edək ki, Norveçə biabırçı hesabla uduzulan matçda qapını “Araz-Naxçıvan”ın qolkiperi Kristian Avram qorumuşdu.