EN

BİRKART ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Marja xəbər qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitib. 

AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçirilib. Marja.az xəbər verir ki, istiqrazlara 62 investor sayı, 62 sifariş təqdim edib. Emissiyanın tam məbləği yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "BİRKART BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001027732

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  20 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  2 000 000 manat

İllik gəlirlilik faizi:  11.5%

Ödəmə Periodu:  Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti:  12 ay

Minimal qiymət:  100 (11.5%) manat

Maksimal qiymət:  100 (11.5%) manat

Kəsmə qiymət:  100 (11.5%) manat

Ortaçəkili qiymət:  100 (11.5%) manat

Reallaşdırılmış həcm:  2 000 000manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 manat

İnvestor sayı: 62

Sifariş sayı:  62

Anderrayter:  “PAŞA Kapital İ.Ş” QSC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
marja.az

5Sources