EN

ABŞ senatoru: “Suriya İran və Rusiyanın təsirindən qurtula bilər”

ABŞ senatoru Ceanne Şaheen Suriya ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, senator Dəməşqdə Suriya Prezidenti Əhməd Şara ilə iki saatlıq görüş keçirdiyini bildirib. Onun sözlərinə görə, Şara silah qaçaqmalçılığı və milis dəstəyinə son qoymaq barədə öhdəlik verib.

Şaheen qeyd edib ki, İranın Suriyadan demək olar ki, çıxarıldığını, Rusiyanın təsirinin isə əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirlər:
“Əgər Suriya doğru istiqamətdə irəliləsə, həm İran, həm də Rusiyanın təsirindən qurtula bilərik. Bu, onilliklərdir görmədiyimiz sabitlik üçün nadir fürsətdir".

Musavat.com

Chosen
55
musavat.com

1Sources