EN

Rəsmi İrəvan Konstitusiyanı müzakirəyə çıxaracaq – Nazir

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkə Konstitusiyasının preambulasının taleyi ilə bağlı fikirlərini bölüşməkdən imtina edib.
NOCOMMENT.az xəbər verir ki, hökumətin iclasından sonra keçirilən brifinqdə nazirə Konstitusiya islahatları ilə bağlı sual verilib.
Qalyan bildirib ki, Şura üzvlərinə yeni materiallar göndərilib və gələn həftə, sentyabrın sonuna isə növbəti iclasın keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, mətnin göstərilən müddətdə hazırlanması üçün ölkənin əsas sənədinin mətninin hazırlanması üzrə işlər gücləndiriləcək. Müstəqillik Bəyannaməsinə istinadın yer aldığı preambulanın taleyi ilə bağlı məsələ hələ müzakirə olunmayıb.
Nazir brifinqi yersiz platforma hesab edərək, bu məsələ ilə bağlı öz mövqeyini bölüşməyib.
Xatırladaq ki, Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsas tələb bu ölkənin Konstitusiyasının dəyişilməsidir. Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası yer alır. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün həmin müddəanın çıxarılmasını tələb edir.
Chosen
14
5
nocomment.az

10Sources