Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkənin keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin həbs olunduğunu bildirib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilir. Bu ittihamlar təsdiq edilərsə, Burçuladzeyə 9-12 il həbs cəzası verilə bilər.
Burçuladze 2021-2024-cü illərdə Gürcüstanın müdafiə naziri postunu tutub və hakim "Gürcü arzusu" partiyasının üzvü olub.
Hürr Tərcüman